Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaşdıracaq

Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaşdıracaq

Texnologiya
14.05.2021 PAYLAŞIM

    SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı start sahəsindən uçaraq Yer kürəsi ətrafında dövr edəcək və Havay adalarından birinin yaxınlığında suya düşəcək. Bu test missiyası çərçivəsində ilk dəfə olaraq Starship kosmik gəmisi Super Heavy ağır raketi ilə bir kombinasiyada çalışacaq. Super Heavy ağır raketi ilə Straship-in birlikdə hündürlüyü 120 metr təşkil edir. Bu sistemlərdən heç birinin sərt səthə enişi planlaşdırılmır. Uçuş missiyasının sonunda hər ikisi də suya düşəcək.

    Bu barədə The Verge saytı xəbər verib. Şirkət tərəfindən ABŞ-ın müvafiq qurumuna göndərilmiş sənəddə qeyd olunub ki, start uçuşundan 3 dəqiqə sonra birinci pillə Starship-dən ayrılacaq və ayrılandan 5 dəqiqə sonra Meksika körfəzinə düşəcək. Starship isə öz uçuşunu davam etdirəcək və Yer kürəsinin orbitinə çatacaq. Daha sonra kosmik gəmi Yer kürəsi ətrafında dövr edərək startdan 90 dəqiqə sonra Havay adaları üzərində atmosferə yenidən daxil olacaq.


    Starship-in əsas məqsədi Kauai adasından təqribi olaraq 100 km məsafədə okeana idarəolunan enişi reallaşdırmaqdır. Sözügedən uçuş missiyasının nə zaman baş tutacağı qeyd olunmayıb. Lakin Elon Musk-ın sözlərinə əsasən bu uçuş bu ilin sonunda baş tuta bilər. Heç istisna deyil ki, uçuş missiyası 2021-ci ilin əvvəlində keçirilsin. Sənəddə Starship-in bu missiya çərçivəsində maksimal uçuş hündürlüyü 116 km qeyd olunub. Nəticə etibarilə bu uçuş missiyası yeni nəsil kosmik gəminin manevrlik özəlliklərini test etməyə imkan verəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×