main-post-cover

    Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (VİDEO)

    Elm & Texnologiya
    04.03.2021
    Farid Pardashunas
        SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız eniş edə bilib. Lakin enişdən bir qədər sonra şirkət mühəndislərini sürpriz gözləyib. Belə ki, bu dəfə kosmik gəminin prototipi uğurlu enişdən sonra səbəbsiz yerə partlayıb. Növbəti test prosesi zamanı SN10 adlı prototip uğurla uçuş və eniş mərhələsindən keçib. Lakin enişdən bir neçə dəqiqə sonra kosmik gəminin prototipi partlayıb. 10 km yüksəkliyə qalxdıqdan sonra prototipin mühərrikləri deaktiv edilib və aerodinamik modul vasitəsilə idarəolunan eniş prosesi reallaşdırılıb.
        Lakin enişdən bir neçə dəqiqə sonra prototipin aşağı hissəsində partlayış baş verib (videonun 10:39 hissəsində). Eniş zamanı mühərriklər söndürülmüşdü və prototip bir ədəd Raptor modulu vasitəsilə eniş etmişdi. Ola bilər ki, prototipin partlayış səbəbi odur ki, Falcon 9-dan fərqli olaraq onun eniş prosesi daha sərt keçib. Belə ki, prototip səthə sərt eniş etmiş və bunun nəticəsində partlayış baş vermiş ola bilər. Hal hazırda SpaceX uçuşun detallı analizini aparır. Qeyd etmək lazımdır ki, Starship-in əvvəlki prototiplərinin uçuş testləri daha uğursuz yekunlaşıblar. Prototiplərdən ikisi hələ eniş anında partlayıb. Buna baxmayaraq şirkət həmin testləri uğurlu hesab edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər