Logo
    main-post-cover

    Starship statik testlər zamanı partlayıb (VİDEO)

    Elm & Texnologiya
    19.06.2025
    Emil
         Son 3 sınaq buraxılışı zamanı Starship raket kompleksi həm kosmik gəmini, həm də geri qaytarılması nəzərdə tutulan birinci raket pilləsinin itirilməsi ilə nəticələndi. Gəmi atmosferin yuxarı qatında möhtəşəm şəkildə partlayaraq Karib hövzəsindəki turistləri okeana düşən alovlu qalıq yağışı ilə sevindirdi. Lakin Starship-in növbəti statik yanacaq sınağı isə ümumiyyətlə planlaşdırıldığı kimi getmədi. Kosmik gəmi birbaşa start platformasında partladı, bu isə illər əvvəl ilk konsept yoxlamalarından bəri görünməmişdi.
         SpaceX şirkətinin sosial şəbəkə X-də verdiyi məlumata görə, bu gün səhər (Bakı vaxtı ilə saat 08:00-da) baş verib. Yerli personal təhlükəsiz şəkildə qorunub və xəsarət alan olmayıb. Ən yaxın yaşayış məntəqələri partlayış yerindən uzaq olduğuna görə narahatlıq yaradacaq məsafədə deyil. Partlayışın nəticələrinin aradan qaldırılması davam etdiyi üçün şirkət yerli əhalidən sınaq meydançasına yaxınlaşmamağı xahiş edib.
         Bəzi analitiklər Starship kosmik gəmisindəki problemləri artıq sistem xarakterli adlandırmağa başlayıblar. Son 3 sınaq zamanı bütün 3 gəmi oxşar şəraitdə itirilib - arxa hissədə yanacaq sızmaları baş verib, bu da gəmidə yanğına və nəticədə partlayışa səbəb olub. Start platformasında baş verən son partlayış isə gəminin arxitekturası ilə bağlı mümkün problemləri daha kəskin şəkildə önə çıxarır. Ən azından, onuncu sınaq buraxılışının əhəmiyyətli dərəcədə gecikəcəyi gözlənilir.
    Paylaş