Startap kriptovalyuta miningi üçün insan bədəni istiliyindən istifadə edən xüsusi geyim hazırladı (VİDEO)

13.12.2017 0 PAYLAŞIM 242 OXUNMA

Hollandiyanın “Institute of Human Obselescence” adlı şirkəti kriptovalyuta miningi üçün insan bədəninin istilik şüalanmasından istifadəni təklif edib.

Bunun üçün startap xüsusi paltar hazırlayıb. Bu barədə The Next Web saytı xəbər verib. Cihaz bədən istiliyini yığmaq üçün termoelektik batareyalardan istifadə edir və yığılmış istiliyi elektrik enerjisinə çevirir. Şirkət gələcəkdə qiyməti bahalaşa biləcək yeni kriptovalyutaları seçib. 212 saat ərzində 37 insan bu cihaz sayəsində 127.000 millivat elektrik cərəyanı ifraz edib. Bunun sayəsində isə 16.59 min token yığılıb. Mining prosesindən əldə olunan gəlirin 80%-ni isə şirkət maynerlərə verib.


Bu şirkət 2015-ci ildə rəssam və tədqiqatçı Manuel Beltran tərəfindən təsis edilib. Onun şirkəti bədii və tədqiqat layihələri sayəsində insanların bioloji məhsullardan necə mənfəət əldə edə biləcəklərini araşdırır. Beltran-ın sözlərinə görə bu üsulla o, robot və alqoritmlərin insan əməyini əvəz edəcəkləri gələcək barədə insanların düşünməsinə nail olmaq istəyir.


“Mən gələcəyə pessimist yanaşan bir çox insanlara rats gəlmişəm. Siyasətçilər artıq idarəetmədən çıxıblar, bizim isə səs vermək hüququmuz yoxdur. Bizi, başa düşmədiyimiz alqoritmlər idarə edir. Biz bilmirik ki, kiminlə mübarizə aparaq və özümüzü necə hiss edək. Ola bilər incəsənət bizə bunu başa düşməkdə və mübarizə aparmaqda yardımçı olsun” – deyə Beltran bildirib.