main-post-cover

    Statistika: iPhone istifadəçiləri daha tez-tez Android smartfonlara keçid etməyə başlayıblar

    Elm & Texnologiya
    18.07.2019
    Emil Nəcəfov
        Apple şirkəti daimi olaraq öz məhsullarının satış göstəricilərinin yüksəlməsi barəsində hesabatlar təqdim edir. Lakin hesabatlardakı bu rəqəmlər heç də həçmişə smartfon bazarındakı real güc balansını əks etdirmir. ABŞ-ın BankMySell adlı riteyleri iOS ilə Android arasında seçim etmiş insanlar üzrə sorğu aparıb. Sorğunun nəticələri isə heç də iPhone-nun üstünlüyünü ortaya qoymayıb. Bu barədə 9to5mac saytına istinadən 4pda saytı xəbər verib.
        Beləliklə məlumata əsasən Apple smartfonlarının istifadəçilərinin bu brendə olan loyallıqları 2019-cu ildə bütün tarix boyu ən minimum nəticəni sərgiləyib. 38.000 insan arasında aparılmış sorğu çərçivəsində məlum olub ki, bu göstərici 1 il əvvəlki göstəricidən 15.2% aşağı olub. 26% iPhone X istifadəçisi Apple məhsulundan imtina edərək Android smartfona keçid etməyi istəyiblər. Samsung smartfonlarının istifadəçiləri arasında isə Apple məhsuluna keçid etmək istəyənlərin faiz göstəricisi 7.7% olub.
        Məlumatda qeyd edilib ki, iPhone istifadəçilərinin Apple brendinə loyallıqları 2011-ci ildən bəri ən minimum səviyyəyə çataraq bu il üçün 73% təşkil edib. Buna bənzər hesabatları həmçinin Kantar Group Gartner analitik şirkətləri də təqdim ediblər. Onlar qeyd ediblər ki, bu ilin ikinci rübündə ABŞ-da olmuş smartfon satışlarının yalnız 36%-i Apple şirkətinin üzərinə düşüb. Bu isə keçən ilki göstəricidən 2.4% aşağıdır. Apple smartfonlarına tələbatın aşağı düşməsinin əsas səbəbi kimi analitiklər yeni iPhone modellərində innovasiyaların olmamasında görürlər.
    Linki kopyala