main-post-cover

    STEP IT Academy Bakıda ilk diplomlarını təqdim etdi

    Elm & Texnologiya
    31.07.2018
    Emil Nəcəfov
    Bu günlərdə STEP IT Academy-nin ilk məzunlarının məzun günü baş tutmuşdur. “Veb layihələrin yaradılması və dizaynı” ixtisası üzrə təhsil alan 40 tələbə bir ildən sonra 18 ölkədə fəaliyyət göstərən Akademiyanın beynəlxalq diplomunu əldə etdilər.
    Qeyd edək ki, məzunların bir hissəsi STEP IT Academy-nin və Dövlət Peşə Agentliyinin əməkdaşlığı nəticəsində Akademiyada ödənişsiz təhsil almaq imkanı qazanan 9№ Bakı Sənaye və Innovasiya Liseyinin şagirdləri olublar.

    Bir illik “Veb layihələrin yaradılması və dizaynı” ixtisası çərçivəsində təhsil almış məzunlar, hal hazırda həm yerli həm beynəlxalq bazarın tələblərinə cavab verən mütəxəssisdirlər. Qeyd etmək lazımdır ki tədris proqramı dövlət kurrikulumunun tələblərinə cavab verir və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təstiq olunmuşdur.
    Xüsusi ilə qeyd emək lazımdır ki, Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin çoxu artıq təhsil müddətində iş yerləri ilə təmin olunurlar. Şirkət nümaəndələri diplom və kurs işlərinin müdafiəsində, imtahanlarda və həmçiin diplom təqdimatlarında iştirak edib, tələblərə təkliflər edirlər və özləri üçün dəyərli kadrlar əldə edirlər.

    Linki kopyala