
Stephen Hawking Kembric Universitetinin saytını çökdürdü
Elm & Texnologiya
24.10.2017
Emil
Əgər məşhur astrofizik Stephen Hawking-in “The Universe in a Nutshell” və “A Brief History of Time” adlı kitabları sizlərə sadə gəlirsə, onda siz onun qəliz işi ilə tanış ola bilərsiniz.
Open Access Week həftəsi şərəfinə
məşhur alim, 24 yaşında müdafiə etdiyi doktorluq dissertasiyasını hamıya açıq şəkildə
paylaşıb. Onun elmi işinə maraq o qədər böyük olub ki, Kembric Universitetinin
saytına daxil olmuş insanların çoxluğundan həmin sayt çöküb.
“Açıq giriş həftəsi şərəfinə mənim 1966-cı ildə yazdığım kainatların genişlənməsi xassələri adlı doktorluq dissertasiyası hamı üçün aktivdir. Dünyada hamı nəinki mənim işlərimə, hətta insanlıq fəaliyyətinin bütün sahələrindəki böyük və əzmli ağılların tədqiqatlarına açıq giriş imkanına sahib olmalıdır. Ümid edirəm ki, mənim işim bir vaxtlar Nyuton, Maksvell və Eynşteyn-in məni ilhamlandırdığı kimi sizləri də öz tədqiqatlarınıza, kainatın bir çox suallarına cavab axtarışına ilhamlandıracaq. Mənim işimi oxumaq istəyən bu qədər insanın sorğusundan sonra ümid edirəm ki, o sizi məyus etməz. Əgər bu baş versə, onda mən cavana bütün sual və iradlarınızı göndərin. Düzü bunun üçün zamanda səyahət etməyi imkan verən maşını icad etmək lazım olacaq” – deyə məşhur alim öz Facebook səhifəsində bildirib.
Qeyd etmək
lazımdır ki, əvvəllər astrofizikin bu işini əldə etmək üçün 86$ vəsait ödəmək
lazım idi. Bu barədə universitetin saytında qeyd olunurdu. Məşhur alimin doktorluq
dissertasiyasını oxumaq, internet cəmiyyətini o qədər ilhamlandırıb ki, BBC-nin
məlumatına əsasən ilk gündə 60.000 istifadəçi həmin işi yükləyib. Universitet təmsilçisi
isə öz növbəsində qeyd edib ki, külli miqdarda insanların sayta girişi səbəbilə
sayt bir qədər ləng çalışa və ümumiyyətlə müəyyən müddətlik qeyri-aktiv ola bilər.
Paylaş
Bənzər xəbərlər