main-post-cover

    Steve Wozniak: 'Mən bütün bitcoinlərimi satmışam'

    Elm & Texnologiya
    26.01.2018
    Farid Pardashunas
     “Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak qiyməti 700$ olan zaman bitcoinlər almış və keçən ilin Dekabr ayında onları dənəsi 20.000$-dan satmışdır.
    Onun sözlərinə görə kriptovalyuta bazarındakı qiymət dəyişikliklərini daima izləmək onu bezdirmişdir və nəticədə o bu bazardan çıxmaq qərarına gəlmişdir. Bu barədə Wozniak Stokholmda keçirilmiş Nordic Business Forum tədbirindəki çıxışında bildirib. Steve Wozniak-ın kriptovalyuta ehtiyyatları haqqında ilk məlumat keçən ilin yay fəslində yayılmışdı. O qeyd edib ki, bitcoinin qiyməti 700$ olan zaman onları almışdı. Lakin keçən ilin Dekabr ayında bitcoinin qiyməti 20.000$-a çatanda kriptovalyuta ətrafındakı səs-küy Wozniak-a əsassız gəlmişdi.
    Onun hansı ümumi məbləğ dəyərində bitcoinə sahib olduğu barədə isə məlumat verilməyib. “Məzənnə ani olaraq qalxandan sonra mən anladım ki, daimi olaraq qiymət dəyişikliyini izləyən insan olmaq istəirəm. Bu cür həyəcanlar mənə lazım deyil” – deyə Wozniak bildirib. Həmçinin o bildirib ki, bütün kriptovalyutalarını satıb. Qeyd etmək lazımdır ki, daha əvvəllər Wozniak dünyanın ən məşhur kriptovalyutası barədə müsbət fikirlər söyləyirdi.
    O qeyd edirdi ki, əmanət kimi bitcoin ABŞ dolları və qızıl qarşısında daha ciddi potensiala sahibdir. Lakin ödəniş üsulu kimi bitcoin Wozniak-ın gözləntilərini qarşılamadı. O ümid edirdi ki, Stokholm-a gələrək hansısa restoranda və ya oteldə ödənişi kriptovalyuta vasitəsilə etmək mümkün olacaq. Lakin hələki bu cür imkan yoxdur. “Apple” şirkətinin həmtəsisçisi müasir texnologiyalar və yeni məhsullar barəsində fikirlərini dəfələrlə dəyişib. Belə ki, əvvəllər o düşünürdü ki, robotlar insanların işlərini əllərindən alacaqlar. Lakin sonradan o anladı ki, süni zəka inkişaf barəsində insandan geridə qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər