main-post-cover

    Steve Wozniak: 'Növbəti texnoloji təkamülü 'Tesla' edəcək'

    Elm & Texnologiya
    31.05.2017
    Farid Pardashunas
    Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak, yeni texnoloji təkamülün məhz iPhone istehsalçısından olacağına inanmır. O, “Tesla” şirkətinə və Elon Musk-ın digər layihələrinə daha çox inanır. Öz müsahibəsində Steve, Elon Musk-ı gələcəyin ideya generatoru adlandırıb. Onun fikrincə Elon Musk, riskə getməyə qorxmur və bununla belə hansı yolla gedəcəyini çox yaxşı bilir. “Mən “Tesla”ya inanıram” – deyə o bildirib. Steve-in fikrincə Mask öncədən elektromobillərin, pilotsuz uçma aparatlarının və innovasiyalı nəqliyyat sisteminin məşhurluğunu görmüşdü. Bir neçə müddət bundan öncə Elon Musk, “The Boring Company” adlı yeni şirkət yaratdı. Həmin şirkət vasitəsilə Musk, yeraltı tunellər layihəsini reallaşdıraraq böyük şəhərlərin tıxac problemlərini aradan qaldırmağı planlaşdırır. Wozniak-ın fikrincə Elon Musk bu layihəni reallaşdıra biləcək. Tesla avtomobillərinin məşhurlaşmasını Wozniak, Musk-ın hansısa məhsulu məhz özü üçün yaratmaq bacarığı ilə əlaqələndirib. Mıəhz buna görə Model S avtomobili gözəl, eleqant və istifadədə sadə alınıb. “Yaxşı məhsullar o vaxt yaranır ki, sən, sənin xoşuna gələn nəyisə yaradasan” – deyə Wozniak bildirib. Gələcək innovasiyalar haqqında söhbətində Wozniak, “Apple” şirkətini qeyd etməyib. Lakin o bildirib ki, əsl innovasiyalı məhsullar məhz cavan CEO-ların olduğu şirkətlər tərəfindən yaradılır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər