
Stiv Cobs-suz 5 il. Dahi şəxsiyyətin texnoloji sahəyə verdiyi töhfələr
Elm & Texnologiya
07.05.2017
Farid
2011-ci ilin Avqust ayında Stiv
Cobs (Steve Jobs) "Apple”ın direktoru
vəzifəsindən getdiyini elan etmişdi. 5 Oktyabr 2011-ci il tarixində isə Stiv
Cobs Kaliforniyadakı evində mədəaltı vəz xərçəngi xəstəliyi səbəbindən vəfat
etmişdi. Demək olar ki, 10 il ərzində Stiv xəstəliyi ilə mübarizə aparırdı.
Bununla yanaşı Stiv xəstəliyinə baxmayaraq şirkəti idarə edirdi. Bunun nəticəsində
isə həmin dövr "Apple” üçün çox uğurlu idi. Belə ki, məhz həmin illərdə
şirkətin əfsanəvi cihazları olan iPhone və iPad satışa çıxmışdılar. Məhz
Cobs-un və "Apple”ın sayəsində planşet kompüter bazarı sıfırdan təkamül yaşadı.
iPad isə digər istehsalçılar üçün əlçatmaz planşet nümunəsi idi. 2003-cü ildə
ona mədəaltı vəz xərçəngi diaqnozu qoyuldu. Həmin vaxtdan bütün dünya bu
xarizmatik və dahi insanın öz həyatı uğrunda mübarizəsini izləyirdi. Cobs şirkətdən
gedəndə bir çoxları inanmaq istəmirdi ki, bunun səbəbi onun səhhəti ilə əlaqədardır.
Lakin bütün dünya artıq başa düşür ki, bu necədə böyük bir itki idi.
"O gələcəyin ixtiraçılarını, rəssamlarını,
yazıçılarını ilhamlandırmış əsl dahi idi. Onun bu dünyanı tərk etməsi hamımız
üçün böyük bir itkidir” – deyə İngiltərənin baş naziri Devid Kemeron bildirmişdir.
"Stiv nəhəng amerikalı innovatorların
sırasında idi. O, tamam fərqli düşünmək və dünyanı dəyişməyə inanmaq üçün yetərincə
cəsarətli idi. Bunu etmək üçün isə çox istedadlı biri idi” – deyə ABŞ
prezidenti Barak Obama bildirmişdir.
Ölümündən 5 il keçməsinə baxmayaraq
insanlar Stiv Cobs-u müzakirə edirlər. "Apple”ın təsisçisi elmin, sənayenin və
ümumilikdə cəmiyyətin dəyişməsinə töhfə vermiş dahi insanların siyahısına
qatılmışdır. Bəziləri onu günümüzün Nikola Tesla, Tomas Edison, Henri Ford-u
kimi görürlər. Dahi alimlərə bənzər olaraq Stiv Cobs təkcə potensiala deyil, həmdə
öz ideyalarının reallığa çevrilməsinə şərait yaradan imkan və can atma arzusuna
sahib idi. Adı sadalanmış dahilərdən fərqli olaraq Stiv hələ sağ ikən
insanların hörmətini qazanmışdır. Cobs təkcə bu və ya digər sənayenin
inkişafına təsir etməkdən əlavə hətta onlardan bəzilərini təməl olaraq dəyişmişdir.
Kompüterlər, filmlər, musiqilər və nəhayət telekommunikasiya. Baxmayaraq ki,
siz onun xarakterinə nifrət edə bilər və rəqib şirkətlərin məhsullarını əldə edə
bilərsiniz, Cobs-un sənayeyə verdiyi imkanları inkar edə bilmərsiniz.
"Apple”, kompüterləri kütləvi
istehlakçı üçün nəzərədə tutulmuş məhsula çevirərək personal kompüterlər
erasının başında dayandı. Yəqin ki, bir çoxlarınız bu məqaləni Windows əməliyyat
sistemli kompüterlərdən oxuyursunuz. Lakin məhz Stiv Cobs qrafik istifadəçi
interfeysi ideyasını inkişaf etdirən başlıca adamlardan biri idi. Keçən əsrin
sonlarında isə o "Pixar” studiyasına qatıldı və rəqəmsal animasiya sahəsində əsl
inqilab etdi. Həmçinin Cobs-u iPod və iTunes yaradıcısı kimi adlandırmaq olar.
Həmin məhsullar musiqi sənayesini tamamilə dəyişdi və bizim musiqi dinləmə
anlayışımız üçün yeni imkanlar yaratdı. Baxmayaraq ki, bir çoxları Android cihazlarından istifadə edir, məhz iPhone yeni kateqoriya cihazların ilk nümunəsi
idi. Əgər siz mobil texnologiyalar barəsində danışırsınızsa deməli Stiv Cobs
haqqındada danışırsınız. Müasir dünyada elə bir mainstream (dəbə tez bir
zamanda düşən və tez bir zamanda dəbdən düşən) məhsul yoxdur ki, Stiv Cobs-un hərəkətlərinə
cavab və ya həmin hərəkətlərin nəticəsi olmasın. Stiv haqqında söhbətlər ona
görə bitməyəcək ki, jurnalistlər onun haqqında mövzuları gündəmdə saxlamağa
çalışırlar. Həmin söhbətlər bitməyəcək ona görə ki, onlardan qaçmaq
qeyri-mümkündür.
Stiv Cobs özündən əvvəlki sənaye
dahiləri kimi başa düşürdü ki, bizlər dünyanın necə fəaliyyət göstərdiyi haqda
düşünmürük. Biz, insanların bunu necə belə çalışmasını təmin etdiklərini
anlamağa çalışırıq. Bu o deməkdir ki, əgər sizin hansısa dünya cihazında nəsə
xoşunuza gəlmirsə onda sizin onu yaxşı tərəfə dəyişməyə imkanınız və hüququnuz
var. Stiv Cobs da məhz belə etdi. Bu dahi şəxsiyyətə olan diqqətin səbəbi
ondadır ki, bizim hər birimiz Stiv Cobs-un mahiyyətini anlamağa çalışırıq. Biz
özümüzü onun yerinə qoya bilmirik. Biz bilmək istəyirik ki, o bu cür nailiyyətləri
necə əldə edib və biz həmin nailiyyətlərə necə çata bilərik. Hətta indidə özünü
uğurlu insan hesab edən hansısa şəxs Stiv Cobs haqqında oxusa və onun həyati əqidələri
ilə tanış olsa çox güman ki, məyus olmayacaq. Hər birimiz Stiv Cobs-un tarixində
xeyirli bir şey tapa bilərik.
Paylaş
Bənzər xəbərlər