main-post-cover

    STP yeni texnologiyanın istehsalına başlayıb

    Elm & Texnologiya
    30.08.2018
    Bot Lala
    “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Azərbaycanda ilk dəfə olaraq Pivot Suvarma sistemlərinin texnologiyasının istehsalına başlayıb.
    Bu barədə Technote.az-a STP-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
    Məlumata görə, bu yenilik daxili bazarın təlabatını ödəməklə yanaşı, dünyada “Made in Azerbaijan” brendinin inkişafına da təkan verəcək: “Son illər ölkədə kənd təsərrüfatının inkişafı, meliorasiya sahəsi ilə bağlı dövlət əhəmiyyətli yeni layihələr həyata keçirilir. Onlardan biri də Pivot Suvarma sistemlərinin ölkəmizdə istehsal edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev də rəsmi çıxışlarında Pivot Suvarma sistemlərinin Azərbaycanda istehsalının vacib olduğunu diqqətə çatırır”,-qurumun açıqlamasında bildirilir.
    Məlumatda deyilir ki, STP-nin istehsal etdiyi suvarma sistemləri məhsuldarlığın yüksəldilməsinə böyük fayda verəcək. Həmçinin, texnologiya sürətli istifadəni təmin edən idarə panellərinə də sahibdir. Hansı ki, bunun vasitəsi ilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumlar suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə bilir.
    Məlum olduğu kimi, pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir. Xüsusi vurğulayaq ki, texnologiyanın bütün hissələri STP-nin istehsalı olaraq müəssisədə yığılır. Sumqayıt Texnologiyalar Parkı texnologiyanın istehsalında ABŞ-ın bu sahədə ixtisaslaşmış ən böyük şirkətlərinin təcrübəsindən istifadə edir.Texnologiyanın hazırlanmasında istifadə edilən bir çox detallar STP-nin öz istehsalı olduğundan qarşılıqlı əməkdaşlıq yüksək fayda verir.
    Pivot sistemləri dünyanın ən müasir və səmərəli suvarma sistemləridir. Bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, itkiyə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir ki, bu da məhsuldarlığı bir neçə dəfə artırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər