main-post-cover

    Süni intellekt sosial şəbəkələrdə şəxsiyyəti müəyyənləşdirəcək

    Elm & Texnologiya
    10.08.2018
    Bot Lala
    Google şirkəti sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən sistem üçün patent hüququ alıb.
    Technote.az bildirir ki, patentin təsvir olunduğu sənədlərdə qeyd olunur ki, istifadəçi “Google Images” servisinə bir şəxsin fotoşəklini yüklədikdən sonra süni intellekt onun bütün sosial şəbəkə profillərini (o cümlədən gizlədilənləri), əsl adı, ev ünvanı, iş yeri və sevimli məşğuliyyətini tapacaq.
    Ekspertlərin fikrincə, sistem istənilən şəxsə izləmə təşkil etməyə və insanların azadlığını pozmağa imkan verəcək. Servisin xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanacağı ilə əlaqədar olaraq, məhsulun son versiyasının təqdim edilməyəcəyi bildirilib.
    Axtarış sistemi yalnız fotoşəkil və məlumatları nəzərə almayacaq, eyni zamanda şəxsi ümumi dostları və ya maraqları olan digər insanların profillərində axtaracaq. Google mütəxəssislərinin sözlərinə görə, süni intellekt insanı 100 faiz dəqiqliklə müəyyənləşdirə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər