main-post-cover

    Süni intellektli ilk prosessor yaradılıb

    Elm & Texnologiya
    20.09.2018
    Bot Lala
    Çinin Xiaomi şirkətinin dəstəklədiyi Huami brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan Huangshan No. 1 (MHS001) prosessorunu təqdim edib.
    Technote.az məlumat verir ki, çip daşınan qurğular üçün süni intellekt vasitələrinə malik ilk məhsul hesab edilir. Söhbət inteqrasiya edilmiş neyron şəbəkədən gedir.
    Bildirilir ki, prosessor 4 süni intellekt proqramına malikdir. Onlar ürək ritminin analizi, elektrokardioqram çəkilişi və s. kimi funksiyalara cavabdehdirlər. Yeni çip RISC-V arxitekturasından istifadə edir. İstehsalçıların sözlərinə görə, prosessor az enerji sərf edir ki, bu da daşınan qurğuların avtonom iş müddətini artırmağa imkan verəcək.
    Huangshan No. 1 (MHS001) platformalı qurğular real vaxt rejimində çoxlu sayda əməliyyat yerinə yetirə biləcəklər.
    Məsələn, istifadəçinin hərəkətlərinin izlənməsi, biometrik identifikasiya, müxtəlif bildirişlərin göstərilməsi və s. Yeni çiplə təchiz edilən ilk daşınan qurğuların 2019-cu ildə işıq üzü görəcəyi gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər