Süni zəka prezident olsaydı
Elm & Texnologiya
21.05.2017
Farid Pardashunas
Qərar qəbul edən zaman insanlar öz emosiya, iddia və eqoizmlərinə
güvənirlər. Süni zəka isə bu mənfi xüsusiyyətlərdən məhrumdur. Məhz buna görə o
ideal idarəçi hesab edilir. Wired saytının redaktoru Joshua Davis belə düşünür.
Alqoritmlər böyük həcmli məlumatlarla çalışır və öz səhvlərindən nəticə
çıxardırlar. Bir çox prezidentlər isə buna qadir deyillər. Süni zəka
prezidentinin bir mənfi cəhəti var. O, effektiv hökümət qəbullarını yerinə
yetirə bilmir. Davis, son zamanlarda istehlakçılarda inam yaradan
avtomatlaşdırılmış avtomobilləri misal gətirir. Tesla Model S-in sürücüləri, avtomobilin
idarəetməsini avtopilot sisteminə ötürürlər. Bir sıra istehsalçılar isə
sükansız avtomobillər istehsal etməyə başlayırlar. 10 ildən sonra minlərlə
insan öz daşınma və təhlükəsizlik proseslərini avtopilota həvalə edəcəklər. Beləliklə
məhsuldarlıq qalxacaq, qəza riski isə aşağı düşəcək. Belə ki, yol nəqliyyat
hadisələri statistikalarına nəzər saldıqda görmək olar ki, insanlar avtomobili
pis idarə edirlər. Dövlər idarəetməsi sistemində də işlər o qədər də yaxşı
deyil. Hakimiyyətdə duran insanların çox hissəsi digər insanların xeyrinə
deyil, öz eqolarının xətrinə qərarlar qəbul edirlər. Cəmiyyət isə həmin dövlət
rəhbərlərini, onların siyası baxış nöqtələrinə görə deyil, görünüş və danışıq
qabiliyyətinə görə seçir. Süni zəka prezidenti isə bir tapşırıq həll edirmişcəsinə
ölkə ilə bağlı problemləri həll edə və insanların hüquqlarını pozmadan onları
xoşbəxt edə bilərdi. Davis etiraf edir ki, bu halda alqoritm böyük çətinliklərlə
qarşılaşa bilər. Belə ki, prezident ani qərarlar qəbul etməli və bir neçə addım
qabağı planlaşdıraraq ona tanış olmayan vəziyyətdə fəaliyyət göstərməlidir.
Bununla yanaşı Davis qeyd edir ki, süni zəka sahəsindəki son ixtiralar,
alqoritmlərin bunun öhdəsindən gələ biləcəyini sübut edir. Son 1 il ərzində “Google”
şirkətinin süni zəkası, məşhur Go oyununda dünyanın ən bacarıqlı oyunçularını
geridə qoyub. Qeyd etmək lazımdır ki, bu oyun adi şahmatdan daha qəlizdir. Belə
ki, oyunda reallaşdırılması mümkün olan oyun kombinasiyalarının sayı kainatdakı
atomların sayından çoxdur. Bununla belə alqoritm, çətin qərarları qəbul edə, strategiya
qura, risk və gözlənilməz şərtlərdə hərəkətə keçməyi bacardı.
“Təsəvvür edin ki, 2003-cü ildə prezident qismində süni zəka
iştirak etsəydi, alqoritm, Səddam Hüseyn barədə hesabatları bir anın içində
analiz edib, kütləvi qırğın silahları barədə məlumatları tədqiq edib belə bir nəticəyə
gələcəkdi ki, İraq ərazisinə daxil olmaq, demokratiyanın yayılmasına heç bir
köməklik göstərməyən mənasız ideyadır. Bura həmçinin Vyetnam müharibəsi də
daxildir” – deyə Davis bildirib. Neyroşəbəkə əsasında qurulmuş alqoritmlər, böyük
həcmli məlumatları incələyib öz səhvlərindən nəticə çıxara bilir. Bu iki
xüsusiyyət müasir siyasətçilərdə çatışmayan özəlliklərdir. Davis-in fikrincə
ümumiyyətlə insanlar rəqəmsal əsrə uyğunlaşmayıblar. “İnsanların çox hissəsi hətta
öz elektron poçt ünvanlarına daxil olan məlumatları idarə edə bilmirlər. Bu
halda dövlət orqanları tərəfindən ötürülən məlumatlar, ordunun və
iqtisadiyyatın idarə olunmasından söz belə gedə bilməz” – deyə Davis bildirib.
Davis-in fikrincə süni zəkanı təkcə biliklər ilə deyil, həmçinin dəyişən
dünyanı əks etdirən baxış və dəyərlərlə də zənginləşdirmək əsri artıq çox
yaxındadır. Bu isə o deməkdir ki, müəyyən vaxtdan sonra robotlar siyasətçilərdən
daha yaxşı qərar qəbul edə biləcəklər. Lakin bununla belə alqoritmlər, mənfi cəhətlərdən
azad deyillər. Onlar mənfi rəylərə məruz qalır, öz yaradıcılarının fəlsəfi və mədəni
özəlliklərini daşıyırlar. Prezident vəzifəsində olacaq süni zəka, qanunları
pozmadan və minimal riski nəzərə alaraq firavanlığa aparacaq yolu tapmalı
olacaq. Ümumi xoşbəxtlik uğrunda o öz zehniyyət sərhədlərini keçməli olacaq.
Digər tərəfdən isə süni zəka prezidentini hack edərək onun, abstrakt ideyalar
uğrunda məntiqə sığmayan qərarlar qəbul etməsini reallaşdırmaq olar. Məsələn,
qlobal istiləşmə təhlükəsi səbəbilə atmosferə karbon qazının ifraz edilməsini
azaltmaq üçün milyonlarla insanı məhv etmək. Bundan əlavə olaraq süni zəka
prezidentinin qəbul edəcəyi qərarlar, biz adi insanlar üçün həmişə sirr olaraq
qalacaq. Əslində prezident qismində çıxış edən adi insan üçün də bunu aid etmək
olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!