
Süni zəka 4 professional poker oyunçusunu udaraq 1.8 milyon dolları necə qazandı?
Elm & Texnologiya
19.12.2017
Süni zəka şahmatdan tutmuş go-ya kimi məntiqli oyunları insandan daha yaxşı oynayır.
Bu ilin Yanvar ayında Libratus
adlı süni zəka alqoritmi limitsiz Texas pokerində 4 professional oyunçuya qalib
gələrək 1.8 milyon dollar udmuşdu. İndi isə alimlər həmin süni zəkanın bunu necə etdiyini müəyyən ediblər. Bu barədə Science Daily saytı xəbər verib. Hər
bir oyunçunun oyun taxtasında istənilən zaman işlərin gedişatını bildikləri go
kimi məntiq oyunlarından fərqli olaraq poker gizli informasiya ilə işləmək üzərində
qurulub.
Məlum olub ki, bu oyunda qalib gəlmək üçün süni zəka informasiya
çatışmazlığının olduğu hər bir oyunda tətbiq edilən üsuldan istifadə edib. Həmin
üsul həmçinin real həyat sahələrində, iş danışıqlarında, kibertəhlükəsizlikdə,
maliyyədə və hərbi işlərdə istifadə olunur. Poker üçün spesifik olan hər
hansısa üsuldan Libratus adlı süni zəka istifadə etməyib. Süni zəkanın işi 3 mərhələdən
ibarət olub. İlk mərhələdə Libratus oyunun daha sadə modelini yaradıb. 10 üstü
161 dərəcədə mümkün olacaq qərar variantlarının analizi yerinə həmin sadələşdirilmiş
modeldə çalışmaq süni zəka üçün daha asan olub.
Daha sonra o, ilk raundlar üçün
oyunun dəqiq strategiyasını öyrənmiş, sonrakı raundlar üçün isə təqribi oyun
strategiyasını öyrənmişdir. Oyun prosesində süni zıəka öz səhvlərini analiz edərək
daha dəqiq oyun modelini yaratmaq üçün hərəkət planlarına düzəlişlər edirdi.
Bundan əlavə olaraq o həmçinin rəqiblərin səhvlərini də analiz edərək özünə
qarşı oyunda həmin rəqiblərə qarşı həmin səhvləri istifadə edirdi. Beləliklə
Libratus-un uğur sirri ondan ibarət idi ki, oyunu uyğun modelləşdirilmiş hissələrə
ayırmaq və həmin modellərə dəyişikliklər əlavə etmək. Libratus-un bu üsulu təkcə
insanlara qarşı deyil, həmdə digər süni zəka sistemlərinə də qarşı effektiv
olub. Məsələn Libratus indiyənə kimi poker oyununda ən güclü hesab olunan Baby
Tartanian8 botuna qalib gəlib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...