Süni zəka, insanı yaxın onillikdə geridə qoya bilər (STATİSTİKA)
Elm & Texnologiya
03.06.2017
Farid Pardashunas
İlk öncə süni zəka xarici dilləri insandan daha yaxşı tərcümə
edəcək. Daha sonra o, insandan fərqli olaraq daha yaxşı yazacaq, yük
avtomobilini daha yaxşı idarə edəcək, məhsulu daha yaxşı sata biləcək və cərrahi
əməliyyatları daha yaxşı yerinə yetirəcək. 40 ildən bir qədər çox müddətdə bu
texnologiya, insanı zəka faktorunda geridə qoyacaq. Bu cür nəticəyə süni zəka və
robotexnika sahələrində çalışan 350 mütəxəssis arasında sorğu aparmış tədqiqatçılar
gəliblər. İnsan Gələcyi İnstitutunun mütəxəssisləri, süni zəka və robotexnika
sahəsində çalışan 1634 alim arasında süni zəkanın inkişaf perspektivi barəsində
sorğu aparıb. Onlardan 352 nəfəri bu sorğuda iştirak edib. Sorğu nəticəsində əldə
olunmuş məlumatlar əsasında tədqiqatçılar orta statistikanı tərtib ediblər. Mütəxəssislərin
fikrincə növbəti onillikdə süni zəka, xarici dildən tərcümədə (təqribən 2024-cü
ildə), məktəb yazılarının tərtib olunmasında (2026-cı ildə) və yük nəqliyyatının
idarəsində (2027-ci ildə) insanı geridə qoyacaq. Müəyyən müddətdən sonra isə
alqoritm və robotlar yeni bacarıqlar əldə edəcəklər. 2031-ci ildə süni zəka,
ticarət sahəsində insanı geridə qoyacaq, 2049-cu ildə bütün dünyada məşhur
olacaq kitabı yazacaq və 2053-cü ildə təcrübəli cərrah olacaq. 50%-lik ehtimal
ilə alimlər proqnoz verirlər ki, 2060-cı ildə süni zəka, insan ilə eyni səviyyədə
olacaq. 125 ildən sonra isə o, bütün sahələrdə birinci olacaq.
Sorğunun müəllifləri qeyd ediblər ki, Şimali Amerikadan olan
mütəxəssislərin fikrincə süni zəkanın bu cür inkişafı daha uzun müddəti əhatə
edəcək və o yalnız 74 ildən sonra bütün sahələrdə insanı geridə qoyacaq.
Asiyalı alimlər düşünürlər ki, belə bir texnoloji təkamül 30 ildən sonra baş
verəcək. Asiyanın İT sahəsində olan mütəxəssislər həqiqətən də çox zaman cəsarətli
proqnozlar ortaya atırlar. Belə ki, “Alibaba Group” şirkətinin təsisçisi və
direktoru Jack Ma-nın fikincə 30 ildən sonra Time jurnalı ilin ən yaxşı
direktoru kimi hansısa robotu seçəcək. “Softbank”ın təsisçisi və direktoru Masayoshi
Son isə güman edir ki, 30 ildən sonra texnoloji sinqulyarlıq dövrü başlayacaq və
yüksək inkişaf etmiş robotlar insanları, say və intellektual bacarıqlar cəhətdən
geridə qoyacaqlar. Bununla belə alimlər çox zaman öz proqnozlarında yanılırlar.
Belə ki, bir çoxları güman edirdilər ki, süni zəka, məşhur Go adlı stolüstü
oyunda insanı yalnız 2027-ci ildə geridə qoyacaq. Lakin 2016-cı ildə AlphaGo
adlı alqoritm, Go oyunu üzrə dünya çempionuna qalib gəlmişdı. Digər tərəfdən isə
bir çox mütəxəssislər əmindirlər ki, nüvə sintezinin əlçatan enerjisi 40 ildən
sonra reallığa çevriləcək. Lakin bu proqnoz onilliklərdir ki, dəyişilməz olaraq
qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ