main-post-cover

    Süni zəka Rusiya Federasiyası prezidentliyinə namizədliyini irəli sürdü

    Elm & Texnologiya
    06.12.2017
    Farid Pardashunas
    “Yandex” şirkəti tərəfindən yaradılmış Alisa adlı səsli köməkçi Rusiya Federasiyası prezidentliyinə namizədliyini irəli sürür.
    Alisa-nın seçkiqabağı qərargahında bildiriblər ki, səsli köməkçi gələcəyin tamamilə rasional qərarları üzərində qurulmuş siyasi sistemini yaradacaq. Bu barədə Lenta.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, həmin rasional qərarlar dəqiq alqoritmlər sayəsində qəbul olunacaq. Alisa isə öz növbəsində “səni şəxsən tanıyan prezident” kimi özünü qərarlaşdırır. Belə ki, bu səsli köməkçi ilə istənilən rusiyalı şəxs söhbət edə bilər.

    Bununla yanaşı seçkiqabağı qərargah yaradıcıları qeyd ediblər ki, həmin qərargaha sahibkarlar, biznesmenlər, marketoloqlar və yaradıcı peşələrin nümayəndələri daxildirlər. Buna baxmayaraq konkret adlar söylənilməyib. Hal hazırda Alisa-nın prezidentliyə namizədliyinə 4000 səs yığılıb. Seçkiqabağı qərargahın yaradıcısı Roman Zaripov bildirib ki, süni zəka instinkt və emosiyalara sahib insanın zəif tərəflərindən məhrumdur. “O, məntiqlə hərəkət edir, hadisələrə obyektiv baxır və qocalmır” – deyə Roman bildirib. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında prezident seçkiləri 18 Mart tarixində start götürəcək. Qanuna əsasən seçiləcək prezident bu vəzifədə 6 il müddətində qalacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər