main-post-cover

    Süni zəka sayəsində yeni yaranmış gözlənilməz peşələr

    Elm & Texnologiya
    28.11.2017
    Emil Nəcəfov
     “Glassdoor” konsaltinq şirkətinin hesabatına əsasən artıq günümüzdə süni zəka sayəsində yeni peşələr yaranır.
    Bu barədə Quartz saytı xəbər verib. Əmək bazarının analizi ilə məşğul olan “Glassdoor Economic Research” şirkətinin tədqiqatında bildirilib ki, süni zəka sahəsində hal hazırda gedən yüksək irəliləyiş sayəsində yeni iş yerləri yaranır. Bu sahədə bir sıra mütəxəssislər əvvəllər də var idilər. Məsələn, süni zəka sahəsində proqramçılar, alimlər, böyük məlumatlarla çalışanlar və layihə rəhbərləri. İndiki vaxtda isə ən çox tələb olunan peşələr siyahısında süni zəka koderləri 11% təşkil edir.
    Lakin proqramçılıqla əlaqəsi olmayan gözlənilməz yeni peşələr də yaranıb. Məsələn, botlar və digər dialoq interfeysləri üçün mətnlər yazan copywriterlər, süni zəka barəsində yazan jurnalistlər. Virtual köməkçiyə sahib evlər üçün olan ağıllı cihazların yeni bazarı dizayner peşəsini daha da tələb olunan edib. Bu cür cihazları bazara çıxarmaq üçün marketoloqlara və texniki direktorlara tələbat artıb. Bundan əlavə olaraq ən çox tələb olunanlar siyahısında həmçinin intellektual mülkiyyətin qorunması üzrə hüquqşünaslar da var. Tədqiqatlara əsasən ABŞ-da yeni peşələrə işçi götürən böyük şirkətlər arasında “Amazon”, “Nvidia”, “Microsoft” və “IBM” var.
    Linki kopyala