main-post-cover

    Süni zəka texnologiyası Gmail istifadəçilərinin orfoqrafik səhvlərini düzəldəcək

    Elm & Texnologiya
    21.08.2019
    Farid Pardashunas
        Google şirkəti özünün Gmail servisinə süni zəka texnologiyasını inteqrasiya edir. Həmin texnologiya real zaman ərzində istifadəçinin orfoqrafik səhvlərini təyin edəcək və onları düzəltməyi təklif edəcək. Bu barədə Google Blog saytı xəbər verib. Məktubda daha çox yayılmış qrammatik səhvlər qırmızı zolaqla, səhv yazılmış sözlər isə göy rəngli zolaqla işarələnəcəklər. Gmail-də orfoqrafiyanın yoxlanılması alqoritmi eynilə Google Docs-dakı kimi çalışır.

        Həmin alqoritm Google Docs-a bu ilin əvvəlində əlavə olunmuşdu. Qeyd etmək lazımdır ki, Smart Reply texnologiyası machine learning əsasında çalışır. O, daxil olan mesajlara relevant cavabların generasiyası üçün süni zəkadan istifadə edir. Bu yeni funksiya hələki ingilis dili və Google G Suit bulud servisinin istifadəçiləri üçün aktivdir. Güman olunur ki, bu yeni texnologiya doğma dili ingilis dili olmayan istifadəçilər üçün çox faydalı olacaq. Orfoqrafiyanın yolxanılmasının aktivləşdirilməsi üçün Gmail-də əlavə parametrlərə daxil olub həmin funksiyanı aktivləşdirmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər