main-post-cover

    Süni zəka texnologiyası Wikipedia-dakı məqalələri redaktə etməyi öyrənib

    Elm & Texnologiya
    17.02.2020
    Farid Pardashunas
        Bir çoxları üçün Wikipedia yeganə məlumat mənbəyi hesab edilir. Lakin sözügedən resursda rast gəlinan məlumatlar çox zaman köhnəlmiş və doğru olmayan olurlar. Bu problemi Massaçusets Texnoloji İnstitutunun (MIT) mühəndislərinin yeni həlli ortadan qaldıra bilər. Belə ki, sözügedən institutun mühəndisləri Wikipedia-dakı məqalələrin doğruluğunu yoxlayaraq onları redaktə etməyi bacaran süni zəka texnologiyası yaradıblar. Bu barədə 4pda saytı xəbər verib. Nəzərə alsaq ki, Wikipedia-dakı məqalələrin sayı milyonlarladır, onlar daimi redaktə edilməyə və aktuallaşdırılmağa ehtiyac duyurlar.
        Mühəndislər isə bu öhdəliyi süni zəkanın üzərinə qoymağı qərara alıblar. Beləliklə yaradılmış yeni süni zəka texnologiyası məqalələrdəki düzgün olmayan faktları düzəltməyi və Wikipedia-dakı məlumatları yeniləməyi bacarır. Bu halda Wikipedia redaktorları sadəcə olaraq yeni məlumatları özlərində birləşdirən xüsusi cümlələri əlavə etməlidirlər. Süni zəka texnologiyası isə həmin cümlələri qaydasına salacaq və qrammatik səhvləri düzəldəcək. Daha sonra sözügedən alqoritm lazımi məqalələri axtararaq onlarda olan köhnəlmiş sətrləri yeniləri ilə əvəz edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər