
Süni zəka toplantısı bizə nə vəd edir?
Elm & Texnologiya
07.05.2017
Farid
Facebook, Alphabet, Amazon, Microsoft və IBM süni zəka mövzusunda toplantıya hazırlıq görürlər. Texnologiyanın öndə gələn
şirkətləri Facebook, Alphabet, Amazon, Microsoft və IBM, gələcəkdə vacib
xarakter daşıyacaq mövzu üzərində müzakirələr aparmaq qərarına gəliblər. Toplantıda
şirkətlər süni zəkanın məşğulluq təminatı, cəmiyyətin rifah səviyyəsini
artırmaq mövzularını müzakirə edəcəklər. New York Times-da yer alan məlumata görə, toplantıda süni zəkanın
insanlar üzərində zərərini minimum, verimliliyini maksimuma çatdırmaq haqda
mövzular müzakirə olunacaq. Bu mövzu üzərində müzakirə aparan tərəflər rəsmi
ada ya da ortaq bir çalışmaya sahib olmayacaqlar. Xatırladaq ki, 2015-ci ildə Stephen
Hawking (Stefen Havking), Elon Musk və Google DeepMind qurucuları tərəfindən
yayımlanan açıq məktubda süni zəkanın insanlığa xidmət etməsi üçün yaradılması
vurğulanmışdı. Toplantının nəticələri bu sahədə fəaliyyət göstərən hər kəsin marağını
cəlb edir. Mütəxəssislər, toplantının sonunda gözlənməyən birliklərin və
ayrılıqların gündəmə gələbiləcəyini vurğuyıblar.
Paylaş
Bənzər xəbərlər