
Süni zəka Toyota-ya daha yaxşı avtomobillərin hazırlanmasında yardımçı olur
Elm & Texnologiya
22.06.2023
Emil
Generativ süni zəka sistemlərindən ilk istifadə etməyə başlamışlar arasında proqram təminatı tərtibatçıları oldular. Lakin bu texnologiyanın mühəndislik fəaliyyətinin digər sahələrində tətbiqi də mümkündür. Məsələn Toyota Motor şirkəti öz avtomobillərinin ilkin layihələşdirilmə mərhələsində onların dizaynlarının optimizasiyası üçün generativ süni zəka sistemlərindən istifadə məsələsində artıq təcrübələr aparır.
Şirkətin Kaliforniyada yerləşən Toyota Research Institute adlı tədqiqat mərkəzi ilkin layihələşdirmə mərhələsində nəqliyyat vasitələrinin dizaynlarının konseptlərinin təyini üçün generativ süni zəka sistemlərindən istifadə etməyə başlayıb. Özündə gələcək avtomobilin dizayn özəlliklərini birləşdirən mətn formatlı sorğudan istifadə edərək şirkət mütəxəssisləri süni zəkanı bir neçə avtomobil dizaynının tərtib edilməsinə məcbur edə bilirlər. Bununla belə tərtib edilən dizaynlarda avtomobilin texniki özəllikləri də nəzərə alınır.
Paylaş
Bənzər xəbərlər