main-post-cover

    Süni zəka vasitəsilə dünyanın ilk musiqi klipi yaradıldı (VİDEO)

    Elm & Texnologiya
    30.10.2017
    Emil Nəcəfov
    Çinin pop musiqi ulduzu, süni zəka tərəfindən kompüter effektlərinin tərtib olunduğu klip çəkdirdi.
    Bu barədə “Intel” şirkəti xəbər verib. Şirkətin verdiyi məlumata əsasən onun mütəxəssisləri Çinin pop musiqi ulduzu Chris Lee-nin yeni klipindəki kompüter effektlərinin yaradılması üçün süni zəkadan istifadə ediblər. Beləliklə bu klip süni zəka vasitəsilə yaradılmış dünyanın ilk klipi oldu. Müğənninin üzündə olan gümüşü damcılar parıldamalar, futuristik interyerlər kimi olan effektlər süni zəka tərəfindən yaradılıb.
    Klip üzərində getmiş iş əsnasında həmin süni zəkaya Chris Lee-nin üzünün təyin olunmasını öyrədiblər. Beləliklə süni zəka müğənninin üz mimikasını və hərəkətini təyin edə bilib. Adətən belə hallarda insanlar, üzərində ötürüclərin olduqları xüsusi geyimləri geyinirlər. Lakin Chris Lee üçün heç buna ehtiyac da olmaylb. Sözügedən effektləri realistik etmək kimi bir məqsəd olmayıb. Buna görə də süni zəka təyin olunmuş bütün tapşırıqların öhdəsindən lazımi səviyyədə gəlib.

    Linki kopyala