
Süni zəkanın yaratdığı rəsm əsəri ilk dəfə hərracda satışa çıxarılacaq
Elm & Texnologiya
24.08.2018
Emil
İngiltərənin Christie’s adlı hərrac
evi öz tarixində ilk dəfə süni zəka tərəfindən çəkilmiş rəsm əsərini real
insanların əl işləri ilə birlikdə satışa çıxardacaq. Obvious adlı neyroşəbəkə tərəfindən
çəkilmiş “Portrait of Edmond Belamy” rəsm əsəri hərraca çıxarılacaq. Qeyd etmək
lazımdır ki, bu süni zəkaya XIV və XX əsrlər arasında yaradılmış 15.000 portret
rəsmləri vasitəsilə təlim keçiblər və daha sonra onu iki hissəyə ayırıblar. Beləliklə
yaradıcı funksiyasını daşıyan birinci hissə obrazları yaradır, diskriminator
funksiyasını daşıyan ikinci hissə isə onların doğruluğunu yoxlayırdı. Bu proses
insan tərəfindən yaradılmış obraz səviyyəsinə çatana kimi davam edib. Sözügedən
rəsm əsəri kətan üzərində çəkilib və 23-25 Otyabr tarixlərində keçiriləcək hərracda
satılacaq. Süni zəka tərəfindən yaradılmış rəsm əsəri 10.000$ qiymətində dəyərləndirilir.
Paylaş
Bənzər xəbərlər