
"Super insan dövrü" başlayır. Bu qadın buna ilk nümunədir (Video)
Elm & Texnologiya
07.05.2017
Farid
Avstraliyanın Sidney şəhərinin sakini Şanti
Korporal (Shanti Korporaal) adlı qadın super insan olmaq qərarına gəlib. Beləvki,
Şanti hər iki əlinə mikroçip taxdıraraq yeniliyə imza atıb. Əvvəllər filmlərdə
görməyə alışdığımız mənzərə bu xanım tərəfindən həyata keçirilib. İndiyədək gözə
yerləşdirilən linza vasitəsilə şəkillər çəkmək və ya robot qollar vasitəsilə
çox güclü bədənə sahib olmaq mümkün idi. Amma Şantinin əllərinə yerləşdirdiyi
mikroçiplər daha böyük funksionallığa malikdir. Belə ki, xanımın əlindəki
mikroçiplər vasitəsilə kompüterini və xüsusi şifrə tələb edən yerləri heç bir
şifrə daxil etmədən açır.
Şanti bütün bank hesabları, şifrələri tələb edən məlumatları
bu mikroçipə daxil etmiş və onu öz əllərinə yerləşdirmişdir. Təxminlərə görə
NFC, texnologiya sahəsində bu sistemi həyata keçirə bilər. "Super insan” olmaq nə
qədər möhtəşəm səslənsə də, bu sistemin gələcəkdə mənfi tərəfləri olacağı da inkar
edilə bilməz. Hackerlər bir sistemi asanlıqla hack etdikləri halda yəqin ki,
insanlara da bu yolla müdaxilə edə bilərlər.
Paylaş
Bənzər xəbərlər