
Super Mario Run oyunu Nintendo-ya qısa zamanda rekord məbləğdə pul qazandırdı
Elm & Texnologiya
07.05.2017
Farid
Nintendo, iOS üçün yayımladığı Super Mario Run oyunu sayəsində 24 saatda 5 milyon dollar qazandı.
Qısa müddət əvvəl Super Mario Run oyununu
yayımlayan Nintendo rekordunu yenilədi. iOS platforması üçün yayımlanan oyun 24
saat içində 2.85 milyon insan tərəfindən yüklənib. Bu haqda hesabat hazırlayan Sensor
Tower şirkəti oyunun gəlir baxımından da rekord qırdığını bildirib. Qurumun
paylaşdığı məlumata görə Nintendo, yenilənmiş Super Mario Run oyunu sayəsində 5
milyon dollar qazanıb. Bu isə Pokemon Go-dan sonra ikinci belə nəticədir.
Oyunun qısa müddətdə bu qədər çox yüklənməsinin
səbəbi onun nə qədər çox sevəninin olduğunu sübuta yetirir. Maraqlı tərəf isə
bu oyunun gələcəyinin Pokemon Go kimi olub-olmayacağıdır.
Paylaş
Bənzər xəbərlər