
"Super Mario Run" stikerləri iMessage-a Gəldi!
Elm & Texnologiya
07.05.2017
Farid
iPhone 7 təqdimatında elan edilən Super Mario Run oyununun stikerləri iMessage tətbiqi üçün çıxdı! Artıq istifadəçilər bir-birlərinə Super Mario stikerləri göndərə biləcəklər. "Nintendo"nun bu çıxartmaları iOS 10-un rəsmi olaraq çıxmasına saatlar qala iMessage tətbiqinə təqdim edildi.
Super Mario Run stikerlərini necə yükləmək olar ?
iOS 10 üçün təqdim edilən stikerlər hal-hazırda yalnız iOS 10 Beta versiyasını istifadə edənlər tərəfindən yüklənilə bilər. Ancaq dünən etibarilə təqdim edilmiş iOS 10 ilə birlikdə yeni versiyaya keçən bütün istifadəçilər bu stikerləri yükləyə biləcəklər.
Stikerləri yükləmək üçün iMessage tətbiqindən alt menyunu açmaq və "+" simvoluna basdıqdan sonra "Mario" axtarışını etmək lazımdır.
Axtarış bölməsində qarşınıza çıxacaq Super Mario Run stikerlərini yüklədikdən sonra arzuladığınız adama bu stikerləri göndərə bilərsiniz.Stikerlər bir dəfə quraşdırıldıqdan sonra daim iMessage tətbiqinin menyusunda qalacaq və istənilən zaman istifadə edə biləcəksiniz.
Müəllif - Polad Tağıoğlu |
Paylaş
Bənzər xəbərlər