main-post-cover

    Superkompüteri əvəzləmək üçün hansı sayda smartfon və planşet lazımdır?

    Elm & Texnologiya
    10.02.2022
    Farid Pardashunas
        Alimlər sübut ediblər ki, çoxlu sayda smartfondan ibarət şəbəkə superkompüterin sərgilədiyi performansı sərgiləyə bilər. Bu tədqiqat barəsində məlumat Moskva Polad və Ərintilər İnstitutunun rəsmi saytında dərc edilib. 2020-ci ildə bütün dünya üzrə smartfon istifadəçilərinin ümumi sayı 6.1 milyard insan təşkil etmişdi və bu göstərici artmaqda davam edir. Texnologiyalar ildən-ilə təkmilləşirlər, mobil prosessorlar daha güclü olurlar və onlar daha qəliz tapşırıqların öhdəsindən gəlirlər. Artıq indi istifadəçilər öz smartfonlarını və planşetlərini ümumi şəbəkəyə qoşaraq müxtəlif resurslara daxil ola və ya öz cihazlarının performanslarını digərlərinə təqdim edə bilirlər.
        Rusiyanın MISiS Milli Tədqiqat Texnologiya Universitetinin tərkibinə daxil olan İnformasiya Texnologiyaları və Kompüter Elmləri İnstitutunun tədqiqatçıları güman edirlər ki, yaxın gələcəkdə hesablama sistemlərinin yeni kateqoriyası məşhurlaşacaq. Söhbət, mobil hesablama sistemindən gedir. Lakin bu cür sistemin effektiv çalışması üçün milyonlarla smartfon və planşet lazım olacaq. Mühəndislər bu məsələdə grid adlı sistemi təklif edirlər. Sözgüedən sistem Wi-Fi vasitəsilə mobil cihazları bir-biriləri ilə əlaqələndirir və onlar şarj prosesində və ya 80-90% enerjiyə sahib olduqları zaman fon rejimində onları hesablamalar üçün istifadə edir.
        Mütəxəssislər bildiriblər ki, düzgün şəkildə ayarlandıqları halda mobil cihazlar böyük miqdarda elektrik enerjisi sərfiyyatı olmadan qoyulmuş tapşırıqların öhdəsindən uğurla gələ bilərlər. Mütəxəssislər smartfonlar, planşetlər, noutbuklar və stolüstü kompüterlər də daxil olmaqla müxtəlif cihazlarla çalışa bilən hesablama qovşağının prototipini və onun parametrlərini yaradıblar. Mütəxəssislər həmçinin qeyd ediblər ki, hesablama tətbiqləri bir sıra əməliyyat sistemlərində istifadə oluna bilər. Bura həmçinin Android də daxildir. Onların sözlərinə əsasən ideyanın əsas məğzi cihazlara zərər yetirmədən onların işsiz qalan resurslarından istifadə etməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər