
Swift proqramlaşdırma dilinin yaradıcısı Chris Lattner nəyə görə "Apple"dan gedir?
Elm & Texnologiya
07.05.2017
Farid
Chris Lattner, "Apple”dan gedəcəyini elan etdi.
Qeyd etmək lazımdır ki, Chris Lattner, iOS və macOS üçün tətbiqlərin
hazırlanmasında istifadə olunan Swift proqramlaşdırma dilinin yaradıcısıdır. "technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən Lattne hansı səbəbdən şirkətdən getdiyini açıqlamayıb. Lakin o bildirib ki,
Yanvar ayının sonuna kimi çalışacaq və daha sonra öz bacarıqlarını digər sahələrdə
yoxlayacaq. Lattner, "Apple”a 2005-ci ildə gəlmişdi. Həmin vaxtdan isə o Swift proqramlaşdırma
dilinin yaradılması üzərində çalışırdı. Sözügedən proqramlaşdırma dilinin prezentasiyasıWWDC 2014 tədbirində baş tutmuşdu. Swift, NeXT platformasına inteqrasiya
olunmuşdu. Beləliklə bu proqramlaşdırma dili, iOS və macOS üçün təməl
proqramlaşdırma dili hesab olunurdu. Həmin vaxtdan bəri o, bütün dünyada məşhurluq
qazandı. Mütəxəssislərin fikrincə Swift çox rahat və güclü proqramlaşdırma
dilidir. Statistikaya əsasən tətbiq developerlərinin arasında Swift yalnız "Mozilla
Research”ün Rust proqramlaşdırma dilindən geri qalaraq ikinci yeri tutur.
Paylaş
Bənzər xəbərlər