main-post-cover

    Tanışlıq tətbiqlərindəki qadın botlar dələduzluq vasitəsilə istifadəçilərdən 154 milyon dollar əldə etdilər

    Elm & Texnologiya
    09.01.2018
    Farid Pardashunas
    Çin polisi 21 şirkətə məxsus tanışlıq tətbiqlərin fəaliyyətini dayandırıb və istintaq çərçivəsində ölkənin 13 vilayətində çalışmış 600 şübhəli şəxsi həbs edib.
    Nəticədə polislər aşkar ediblər ki, həmin tanışlıq tətbiqlərindəki bir çox qadınlardan olan ismarışlar əslində kompüter tətbiqləri vasitəsilə generasiya olunub. Beləliklə seks botlar müxtəlif hədiyyələr istəyib və digərlərinə bu cür ismarışlar göndərərək onlardan pul vəsaitləri əldə etməyə çalışıblar. Polislər müəyyən ediblər ki, bu cür botlara güvənən 10.000-ə yaxın şəxs olub və onlar ümumilikdə 154 milyon dollar vəsait göndəriblər.
    Qeyd etmək lazımdır ki, polislər hələ keçən ilin Avqust ayından ölkənin cənubunda yerləşən Quandun vilayətində istintaqa start vermişdilər. İstintaqa start verilməsinə səbəb isə tətbiqlərdən birinin əslində var olmayan pornoqrafik videoların göstərilməsi üçün istifadəçilərdən pul götürməsi idi. Nəticədə məlum oldu ki, minimum bir şirkətin tərtibatçıları qızların fake səhifələrini yaradıblar. Həmin səhifələr vasitəsilə isə botlar yeni istifadəçilərə salamlayıcı ismarışlar və komplimentlər göndərirdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər