Logo
    main-post-cover

    Tarix ərzində Andromeda qalaktikasının ən detallı fotosu təqdim edilib

    Elm & Texnologiya
    27.01.2025
    Emil
         Hubble kosmik teleskopu bizə ən yaxın olan Andromeda qalaktikasının ən detallı panoram təsvirinin formalaşdırılması prosesini yekunlaşdırıb. Bunun üçün Andromeda-nın müşahidəsinə 10 il vaxt sərf edilib. 2.5 milyard piksellik foto Andromeda-nın analizi üçün unikal imkan təqdim edir. Sözügedən fotonun əldə edilməsi üçün teleskop 600-dən çox foto çəkib və bütün proses ərzində o, Yer kürəsi ətrafında təqribi olaraq 1000 dəfə dövr edib. Andromeda bizim qalaktikadan 2.5 milyon işıq ili uzaqlığında yerləşir və onun diski 77 dərəcə bucaq altında əyilmiş formadadır. Əldə edilmiş yekun fotoda təqribi olaraq 200 milyon ədəd ulduz əks olunub. Fotolar yüksək keyfiyyətdə Avropa Kosmik Agentliyinin rəsmi saytında yerləşdirilib.
    Paylaş