
Teamviewer-a çarpaz platforma dəstəyi gəldi
Elm & Texnologiya
07.05.2017
Farid
Teamviewer bir çoxları tərəfindən ən çox
istifadə olunan platformalardan biridir. Məlumat üçün bildirək ki, Teamviewer əsasən
bir cihazdan digərinə qoşularaq onu idarə etmək üçün mükəmməl vasitədir. Belə ki,Teamviewer üçün təqdim olunan yeniliklə siz asanlıqla Android, iOS və ya Windows
Phone olmasından asılı olmayaraq çarpaz şəkildə istifadəni təmin edə bilərsiniz.
1.2 milyarddan çox cihazda istifadə olunan Teamviewer-un
təqdim etdiyi çarpaz platforma dəstəyi nəticəsində cihazın hansı platformaya
aid olmasından asılı olmayaraq mobildən mobilə uzaqdan idarə və ekran paylaşımı
edə bilərsiniz.
Teamviewer-un çarpaz platformasının köməyilə iOS platformalı iPad tabletlərinə, Android platformalı ağıllı telefonlarınızla əlaqə
saxlaya bilərsiniz. Digər tərəfdən bu bağlantı üçün hər iki cihazda da Teamviewer
tətbiqinin yer alması və son versiyanın yüklü olması vacib xarakter daşıyır.
Belə olduqda ailənizdən birisinin tabletində problem yarandıqda işinizi tərk
etmədən ona dəstək ola bilərsiniz.
Canlı ekran paylaşımı funksiyasının köməyilə
təhlükəsiz şəkildə məlumatların alış-verişini həyata keçirə bilərsiniz. Bu
bağlantının təhlükəsizliyi isə 256-bit AES şifrələmə və 2048-bit RSA açar
mübadiləsi ilə təmin olunur.
iOS, Android və Windows Phone üçün Teamviewer tətbiqinin son
versiyasını App Store, Google Play və Windows Store üzərindən endirilə bilər.
Paylaş
Bənzər xəbərlər