main-post-cover

    Tədqiqat: 4 milyona yaxın bitcoin həmişəlik itirilmişdir

    Elm & Texnologiya
    28.11.2017
    Farid Pardashunas
    Qızıl külçələrinin dənizdə itirilməsi, 100$ əskinasın yandırılması kimi bitcoinlər də həmişəlik itə bilərlər.
    2040-cı ildə 21 milyon bitcoin tapılandan sonra ticarət və xərclər üçün olan faktiki məbləğ daha aşağı olacaq. Bu barədə bitcoinin blockchaini üzrə analizlər aparan “Chainalysis” şirkətinin məlumatları xəbər verib. Həmin məlumatlara isə öz növbəsində Fortune saytı fikir verib. Şirkətin tədqiqatlarına əsasən 2.78 milyondan 3.79 milyona kimi olan bitcoinlər həmişəlik itirilib. Bu isə o deməkdir ki, indiyənə kimi tapılmış bitcoinlər üzrə 17%-dən 23%-ə olanları itirilib.

    Bitcoinlərdən ən çoxu (2.55 milyon) isə onların dövriyyədən çıxarılması nəticəsində itirilib. Həmin bitcoinlər 2-7 il bundan öncə tapılmış və onlar uzunmüddətli investorlara məxsusdurlar. Bundan əlavə olaraq şirkət bildirib ki, bu kriptovalyutanın yaradıcısı olan Satoshi Nakamoto ilə əlaqəsinin güman olunduğu 1 milyon bitcoin də həmişəlik itirilib. Fortune saytı qeyd edib ki, “Chainalysis” şirkətinin itirilmiş bitcoinlər haqqında tədqiqatı digərlərindən daha vacibdir. Belə ki, onun tədqiqatı blockchainin empirik analizi əsasında aparılıb. Bu cür analizdə isə bitcoinin bütün tranzaksiyaları yazılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər