main-post-cover

    Tədqiqat: Keçmiş Android istifadəçiləri daha köhnə iPhone modellərinə üstünlük verirlər

    Elm & Texnologiya
    02.07.2018
    Farid Pardashunas
        Consumer Instelligence Research Partners şirkətinin tədqiqatçıları smartfon bazarı barəsində maraqlı statistikanı təqdim ediblər. Onlar satılmış smartfonların sayını və ya hansı əməliyyat sisteminin məşhur olduğunu araşdırmayıblar. Bunun yerinə onlar keçmiş Android istifadəçilərinin arasında hansı iPhone modellərinin məşhur olduğunu araşdırıblar. Məlum olub ki, keçmiş Android istifadəçiləri arasında köhnə iPhone modelləri daha məşhurdur. Şirkət mütəxəssisləri 2017-ci ilin Sentyabr ayından 2018-ci ilin Mart ayına kimi tədqiqatlar aparıblar.

        Bu müddət ərzində onlar iPhone istifadəçilərindən öyrənirdilər ki, onlar işlətdikləri smartfondan əvvəl hansı cihazdan yararlanıblar. Əldə olunmuş nəticəyə əsasən iPhone SE, iPhone 6 Plus, iPhone 6S Plus, iPhone 7iPhone 7 Plus kimi köhnə modellər keçmiş Android istifadəçilər arasında daha məşhurdur. Lakin iPhone 8, iPhone 8 PlusiPhone X kimi cihazları isə əsasən daha təcrübəli Apple istifadəçiləri əldə edirlər. Şirkətin hesablamalarına əsasən təqdim olunmuş 6 ay ərzində Apple 132.5 milyon ədəd iPhone satıb. Statistikaya əsasən həmin göstəricidən 26.5 milyon ədəd iPhone modeli keçmiş Android istifadəçiləri tərəfindən alınıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər