main-post-cover

    Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yoxlayıblar

    Elm & Texnologiya
    26.07.2021
    Farid Pardashunas
        Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yoxlayıblar. Belə ki, bir çoxlarının fikirlərinə əsasən elektrikli avomobillər heç də ekoloji təmiz deyillər. Məlum olub ki, ayrı-ayrı ölkələrdə elektrikli avtomobillərin tullantı miqdarları arasındakı fərq 19-69% təşkil edir. Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şura (ICCT) benzinlə çalışan və elektrikli mühərrikə sahib avtomobillərin fəaliyyət dövrləri barəsində araşdırma aparıb. Aparılmış araşdırmada avtomobillərin təqribi fəaliyyət dövləri kimi 18 il seçilib. Araşdırma həmçinin digər bütün faktorları da nəzərə alıb.
        Bura avtomobillərin istehsalında istifadə olunan xammal və emal prosesi də daxildir. Hesablamalarda dünyanın ən böyük bazarlarındakı (ABŞ, Avropa, Çin və Hindistan) parnik qazlarının ifrazı göstəriciləri nəzərə alınıb. Məlum olub ki, 2021-ci ildə alınmış yeni elektromobilin Avropada tullantı göstəriciləri benzinlə çalışan avtomobildən fərqli olaraq 66-69% daha az olacaq. ABŞ-da elektromobillər 60-68% daha az tullantı generasiya edirlər. Çində bu göstərici 37-45%, Hindistanda isə 19-34% təşkil edir. Bununla belə benzinlə çalışan avtomobillər ilə elektromobillər arasındakı fərq 2030-cu ilə kimi daha böyük olacaq.
        Belə ki, 2030-cu ilə kimi elektromobillər Avropada 74-77%, ABŞ-da 62-76%, Çində 48-64%, Hindistanda isə 30-56% daha az tullantı generasiya edəcəklər. Aparılmış bu tədqiqat elektromobillərə qarşı olan tənqidlərin artdığı bir vaxtda daha aktualdır. Belə ki, bəzi mütəxəssislər güman edirlər ki, bütün fəaliyyət dövrü ərzində benzinlə çalışan avtomobillərdən fərqli olaraq elektromobillər ekologiyaya daha çox zərər yetirirlər. Lakin ICCT mütəxəssisləri qeyd ediblər ki, gələcəkdə bu texnologiyalar arasındakı fərq daha böyük olacaq və əsas üstünlüyü elektromobillər əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər