main-post-cover

    Təkər üzərində hərəkət edən Robomart adlı robotlaşdırılmış mağaza

    Elm & Texnologiya
    11.01.2018
    Farid Pardashunas
    Eyniadlı startap bildirib ki, pnun Robomart adlı robomağazası artıq küçələrə çıxmağa hazırdır.
    Bu layihənin yaradıcılarının ideyalarına əsasən təkər üzərində hərəkət edən robotlaşdırılmış mağaza ticarət şəbəkələrinə yeni filialların açılmasında qənaət edilməsinə yardımçı olacaq. Beləliklə yeni filialların istifadəyə verilməsi yerinə həmin ticarət şəbəkələri lazımi rayonlara robomağazanı göndərərək daha kiçik miqyasda supermarket çeşidlərini insanlara təqdim edə bilərlər. Bu barədə Business Insider saytı xəbər verib. Xarici görünüşcə robomağaza fantastik filmlərdə olan pilotsuz kiçik avtobuslara bənzəyir. Lakin robomağazanın qırağında sərnişinlər üçün qapı əvəzinə məhsulların yerləşdiyi yer var.

    İdeyaya əsasən istənilən şəxs həmin robomağazanı öz smartfonundakı xüsusi tətbiq vasitəsilə evinə çağıra bilər. Ödəniş prosesi də həmin tətbiqdə reallaşır. Robomağaza evə yaxınlaşandan sonra istifadəçi smartfonu vasitəsilə onun qapısını açır və lazımi məhsulları götürür. Startapın yaradıcısı Ali Ahmed-in fikrincə onun layihəsi Amazon kimi digər çatdırılma servisləri ilə rəqabət apara bilər. O qeyd edib ki, təkərlər üzərində hərəkət edən robotlaşdırılmış mağaza konsepsiyası alıcılar üçün daha cəlbedici və sərfəlidir. Lakin Ahmed robomağazada satılacaq məhsulların qiymət göstəriciləri barəsində heç bir məlumat verməyib.

    Robomart öz robotlaşdırılmış mağazalarını ticarət şəbəkələrinə icarəyə verməyi planlaşdırır. Beləliklə ticarət şəbəkələri göstərdikləri xidmət zonalarını genişləndirə biləcək və bununla da mənfəət əldə edəcəklər. Əvvəllər isə bunun üçün yeni mağazaların açılması lazım gəlirdi. Robomağaza kamera və radar sistemləri ilə təchiz olunub. Beləliklə o, ətraf mühitdə hərəkət edə və müxtəlif məsafələrdə görə bilir. Buna baxmayaraq robomağaza tam olaraq avtopilot sisteminə sahib deyil. Lakin Ahmed bu il ərzində 5-ci səviyyə avtopilot sisteminə nail olacağına söz verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər