
Telefona ehtiyac duymayan möhtəşəm ağıllı qulaqlıq: Vinci
Elm & Texnologiya
07.05.2017
Farid
Ağıllı qulaqlıq Vinci, özündən başqa bir cihaza ehtiyac duymur və musiqi dinləmək təcrübəsinə dair bir çox yenilik vəd edir.
Vinci qulaqlığını, qulaqlardakı telefon olaraq adlandıra bilərik. Eşitməyə köməkçi
olan parçaların ölçüləri bu səbəbdən digər qulaqlıqlara görə bir qədər idi
olur. Sadə qulaqlıq funksiyalarından əlavə olaraq Vinci, Wi-Fi, Bluetooth 4.0
aptX, 3G (sim kart ilə) qoşulma, səsli köməkçi və aktivlik izləmə xüsusiyyətlərinə
sahibdir.
Qulaqlığın ön tərəfində 3.2 inç sensor ekran mövcuddur. Bu ekran istifadəçi üçün bir idarə
paneli xüsusiyyəti daşıyır. Ağırlığı 260 qram olan cihazın batareya ömrü 10
saatdır.
Standart modeli 16 GB yaddaş həcminə sahib olan Vinci; Soundcloud-dan, Amazon Music-dən
və Spotify-dan yüklənən musiqiləri ifa edə bilir. Dərin öyrənmək xüsusiyyəti
vasitəsilə musiqi zövqünüzü və alışqanlıqlarınızı başa düşən Vinci, bol-bol sizə
uyğun musiqiləri təklif edir. İki tərəfdən fərqli və müstəqil frekanslarda 3 həcmli
səs verə bilən binoral qulaqlıq eyni zamanda başınızla etdiyiniz hərəkətləri
anlaya bilən sensorlara sahibdir. Qulaqlıq, başınıza taxdığınızda avtomatik
olaraq açılır və çıxardığınızda da avtomatik olaraq qapanır. Vinci səsli əmrlərinizi
də anlaya bilir.
Vincinin Standart və Pro olmaq üzrə iki versiyası mövcuddur. 32 GB yaddaş sahəsinə Vinci
Pro versiyasının ağıllı səs ertələmə(Smart Noise Cancelling) və səs şəffaflığı (Audio Transparency) olmaq üzrə
başqa möhtəşəm xüsusiyyətləri də var. Ağıllı səs ertələmə xüsusiyyəti vasitəsilə
arxa plandakı avtomobil, qatar, təmir və s. bənzəri kənar səslər filtrlənir.
Beləcə narahat edici xaric səslərdən təsirlənmədən rahatca musiqi dinləmək
mümkündür. Səs şəffaflığı seçimində isə vacib səsləri eşitmək mümkündür. Məsələn
velosiped istifadə edərkən ya da avtomobillərə açıq bir sahədə gəzintiyə çıxarkən
istifadəçinin eşitməli olduğu həyati vacibiyyətə sahib səsləri (siqnal, çağırış
və s.) eşitmək mümkündür. İstifadəçinin həyatından söz açılmışkən, "Ağıllı
telefonlardan fərqsiz bir cihazın uzun saatlar başımıza taxılı olması bizə nə qədər
ziyan vura bilər?” sualını da soruşmadan edə bilmirik. Təəssüf ki, bu suala tam
olaraq bir cavabımız da yoxdur.
Vinci
qulaqlığı hazırda bir Kickstarter layihəsi olaraq dəstək toplamağı davam
etdirir. Kampaniyanın sonra çatmasına təxminən 1 ay var və 50 min dollar dəstək
hədəfinin 3 qatına artıq haradasa çatıb. Kickstarterdakı qiyməti 149 dollardır, lakin erkən sifarişlər üçün qiyməti hələki 99 dollar olaraq qeyd edilib.
Paylaş
Bənzər xəbərlər