main-post-cover

    Telefonlardakı "Gecə rejimi" xüsusiyyətinin işə yaramadığı ortaya çıxıb!

    Elm & Texnologiya
    10.06.2024
    Aslan Aslanov

         Smartfonlarda ekranı sarıya çevirən və yatmağımızı asanlaşdıran "Gecə rejimi" funksiyasının yalan olduğu sübuta yetirilib. Hətta istehsalçılar belə, bu fakt qarşısında çaşqın qalıblar.

         BYU Universiteti tərəfindən aparılan və "Sleep Health" jurnalında dərc edilən araşdırmada bu xüsusiyyətin təsiri araşdırılıb. Tədqiqatda iştirakçılar 3 qrupa bölünüb: Gecə rejimi aktiv, gecə rejimi bağlı və telefondan istifadə etməyən qruplar. İştirakçılar 7 gecə bu şəraitdə telefonlardan istifadə ediblər. Bu üç qrup arasında, yuxu keyfiyyətində əhəmiyyətli bir fərq tapılmayıb. Bu o deməkdir ki, "Night Shift" və gecə rejimi kimi funksiyalar əslində daha yaxşı yuxunu təmin etmir. Tədqiqata rəhbərlik edən professor Chad Jensen, mavi işığın yuxu rejimini pozduğuna dair çoxlu dəlillərin olduğunu bildirib.
         Bununla belə, telefondan istifadənin stimullaşdırıcı təsiri təkcə işıqla məhdudlaşmır. Telefonların özləri də zehni və psixoloji cəhətdən stimullaşdırıcı ola bilər. Buna görə də həqiqətən yaxşı yuxu üçün telefonları tamamilə söndürmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər