Logo
    main-post-cover

    Telefonların qiyməti kəskin bahalaşdı. (RƏSMİ QİYMƏTLƏR).

    Manatın kəskin şəkildə ucuzlaşması ölkədə əksər xaricdən idxal olunan məhsulların bahalaşmasına səbəb olub. Belə məhsullar cərgəsində ən önəmli yeri texnoloji məhsullar tutur. Dünəndən etibarən əksər texnologiya mağazaları qiymət dəyişikliyinə görə müvəqqəti bağlanmışdı. Eləcədə online satış edən firmaların saytları fəaliyyətini dayandırmışdı. Bu gündən etibarən isə yenilənmiş qiymətlərlə saytlar fəaliyyətlərinə başlayıb. Dolların bahalaşması sözsüz ki, öz təsirini qiymətlərə göstərib və sadə dillə desək qiymətlərdə xeyli artım var. Belə bir vəziyyətdə çətin ki, kimsə yeni telefon almaq fikirinə düşsün. Yerli şirkətlərin təyin etdiyi yeni qiymətləri sizlərə təqdim edirik:

    Samsung Galaxy S6 32 GB - 1049 AZN Samsun Galaxy S6 Edge 32 GB- 1199 AZN Samsung Galaxy Note 5 - 1349 AZN Samsung Galaxy S6 Edge Plus -1499 AZN Apple iPhone 6s 128 GB - 1650 AZN Apple iPhone 6s 64 GB - 1500 AZN Apple iPhone 6s 16 GB - 1349 AZN Apple iPhone 6s plus 16 gb - 1500 AZN Apple iPhone 6 16 GB- 1350 AZN Sony Xperia Z5 compact - 1200 AZN HTC ONE M9 plus - 1275 AZN
    Paylaş
    Bənzər xəbərlər