
Telegram-da artıq oyunlar oynamaq mümkündür
Elm & Texnologiya
07.05.2017
Farid
Telegram yaradıcıları öz messencerlərinə Gaming Platform 1.0 adlı oyun platformasını əlavə ediblər.
Nəticədə istifadəçilər çatlarda
oyunlar oynaya bilərlər. Hal-hazırda Telegram-da 30-a yaxın oyun aktivdir.
Onlardan çoxu @gamee (Gamee studiyası) tərəfindən messencerə yüklənib. Gələcəkdə
müxtəlif developerlərdən yüzlərlə oyunun messencerə əlavə olunması gözlənilir. Təqdim
olunmuş oyunlardan istəniləni oynamaq üçün oyun botuna bilavasitə müraciət etmək
və ya istənilən çatda "@gamee” yazaraq botu çağırmaq lazımdır. Oyunların əsasında HTML5 yerləşir. Beləliklə oyunlar adi veb səhifə kimi yüklənirlər. Nəticədə
smartfonun yaddaşında yer tutmaq problemi tamamilə yox olur. Oyunları oynamaq
istəyən hər kəsin cihazında Telegram-ın ya 3.13 yada ki, tam yeni versiyası
olmalıdır.
Paylaş
Bənzər xəbərlər