Telegram-dakı nasazlıq zamanı insanlardan 59000$-lıq kriptovalyuta oğurlandı
Elm & Texnologiya
29.03.2018
Farid Pardashunas
29 Mart tarixində məşhur Telegram
messenceri Avropada və MDB ölkələrində işini 3 saatlıq dayandırmışdı. Buna səbəb
isə Telegram-ın data mərkəz provayderində nasazlıqların olması idi. Bu vəziyyətdən
istifadə etmiş kimlikləri bilinməyən şəxslər Telegram istifadəçilərindən
59.000$ dəyərində kriptovalyuta oğurlayıblar. Kimlikləri bilinməyən şəxslər
Pavel Durov-un adından Twitter-də Telegram messencerindəki yaranmış nasazlıqla
bağlı üzr istənməsi üzərindən xüsusi aksiya çərçivəsində kriptovalyuta qazanmaq
imkanından danışıblar.
Bu üsulla dələduzlar 59.000$ dəyərində efir əldə ediblər.
Bu cür aksiyalar barəsində məlumatlar Pavel Durov-un hesabına bənzəyən saxta Twitter
hesabları vasitəsilə yayılırlar. Həmin paylaşımlarda isə həmçinin guya aksiya çərçivəsində
kriptovalyuta əldə etmiş insanların təşəkkür cavabları əks olunur. Bu cür
paylaşımlarda dələduzlar tərəfindən yerləşdirilən linklər öz növbəsində domeni
26 Mart tarixində qeydiyyatdan keçirilmiş sayta yönəldir.
İstifadəçilərə saytda
qeyd olunmuş QR kodda şifrələnmiş ünvana 0.5-5 efir göndərmək təklif olunur.
Guya bu üsulla istifadəçilər 5-100 efir qazanmaq imkanına sahib olacaqlar.
Saytda isə 5 elektron portmanatın məlumatları əks olunub. Ümumilikdə onlarda
59.000$ (təqribi olaraq 148 efir) vəsait yerləşir. Həmin portmanatlardan ən
böyüklərinə istifadəçilər 65 və 70 efir göndəriblər. Twitter-də olan bu saxta səhifələr
hələki bloklanmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!