main-post-cover

    Telegram ICO tarixində rekord ola biləcək 5 milyard dollar əldə edə bilər

    Elm & Texnologiya
    22.01.2018
    Farid Pardashunas
    Telegram-ın ICO prosesinin ilkin mərhələsi sona çatıb.
    Bu barədə ICO-da iştirak etmiş bir sıra investorlar məlumat veriblər. İlk öncə ICO-nun ilkin mərhələsinin təşkilatçıları 500 miılyon dollar vəsait cəlb etməyi planlaşdırırdılar. Lakin sonradan bu göstərici 850 milyon dollara kimi qalxıb. Ümumilikdə isə ICO-da iştirak sorğularının ümumi dəyəri 3.8 milyard dollara çatıb. Telegram-ın yaradıcısı Pavel Durov hələ də ICO-nun keçirilməsini təsdiqləmir və bu barədə ola biləcək dələduzluqlar barədə xəbərdarlıq edir. ICO-nun ilkin mərhələsində razılaşdırılmış bütün ödənişlər 1 Fevral tarixinədək keçiriləcək. İnvestorların məlumatlarına əsasən Gram tokenlərinin ön satışı böyük səs-küyə səbəb olub.
    Keçən həftə mənbələr xəbər vermişdilər ki, ICO-da iştirak sorğusu kitabçası dolub. Buna görə də Telegram-ın ICO təşkilatçıları ön satışın ümumi məbləğini 500 milyon dollardan 850 milyon dollara kimi qaldırmalı olublar. Lakin sorğuların ümumi dəyəri 3.8 milyard dollara çatıb. Bəzi məlumatlara əsasən Pavel Durov ICO vasitəsilə 3-5 milyard dollar vəsait yığmağı planlaşdırırdı. Bu isə bu cür vəsait yığma üsulunda rekord göstəricidir. Lakin görünür, ICO-nun ümumi nəticəsi 5 milyard dolları keçəcək.
    Pavel Durov isə öz növbəsində hələ də ICO-nun keçirilməsini və TON layihəsinin işə salınmasını təsdiqləməyib. Öz Twitter hesabında o, dələduzluqla bağlı xəbərdarlıq verib: “Əgər siz hardasa və ya kim tərəfindənsə Gram tokeninin alış təklifini görsəz, bu barədə bizə məlumat verin”. Bütün bunlara baxmayaraq bəzi məlumatlara əsasən bəzi investorlar artıq öz token alma hüquqlarını satmağa başlayıblar. Güman olunur ki, digər bazarlarda Gram-ın alışı 30-40% daha baha başa gələcək. İlkin olaraq bir tokenin qiyməti 0.3$ təşkil edirdi. Lakin bir çoxlarının fikrincə nəticə etibarilə onun qiyməti 3.5$-a kimi qalxa bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər