main-post-cover

    Telegram-ın blockchain platforması desentrəlizə edilmiş internetə çevrilə bilər

    Elm & Texnologiya
    12.02.2020
    Emil Nəcəfov
        ABŞ hökuməti ilə olan məhkəmə prosesləri səbəbilə Telegram Open Network (TON) blockchain platforması əsasında hazırlanmış Gram kriptovalyutası keçən ilin payız fəslində istifadəyə verilmədi. Buna baxmayaraq Telegram tərtibatçıları sözügedən layihəni inkişaf etdirməyə davam edirlər. Bu istiqamətdə onlar TON Sites adlı yeni təşəbbüsü anons ediblər.
        Güman edilir ki, bu, şifrələnməyə və desentrəlizə olunmuş sistemə sahib internetdir. Bu barədə 4pda saytı xəbər verib. TON portalında kanalların kompilyasiya edilməsi və desentrəlizə olunmuş şəbəkə daxilində saytların yaradılması üzrə təlimatlar var. Bu cür saytlar adi saytlara bənzəyirlər. Lakin onlara yalnız Telegram-ın blockchain platforması vasitəsilə keçid etmək mümkündür. TON Sites həmçinin şəbəkənin digər servisləri üçün giriş nöqtəsi kimi də istifadə oluna bilər.
        Bu halda TON Sites ilə yüklənmiş HTML səhifələr ton:// linkinə sahib olacaqlar. TON daxilində olacaq hər bir sayt özünün ADNL ünvanına sahib olacaq. Bu isə ənənəv IPv4 və ya IPv6-nın analoqlarıdır. HTTP sorğular ADNL əsasında hazırlanmış RLDP protokollar vasitəsilə qəbul edilir. Həmin protokollar həmçinin bütün məlumatların şifrələnməsi prosesini də yerinə yetirirlər. Məlumata əsasən adi saytlar ilə TON Sites arasındakı əlaqə xüsusi kanallar vasitəsilə yaradıla bilər. Pavel Durov-un TON Sites-dan necə istifadə edəcəyi məlum deyil. Durov-un özü bu məsələ ilə bağlı hələ rəsmi anons etməyib.
    Linki kopyala