Təmiz Android'də çalışan Xiaomi Mi A2 AnTuTu testindən keçdi
Elm & Texnologiya
20.06.2018
Farid Pardashunas
Hələ bir neçə gün bundan öncə paylaşdığımız xəbərdə Xiaomi Mi A2 haqqında məlumatlar əks olunmuşdur. Bugün isə smartfonun varlığı məşhur AnTuTu testi vasitəsilə təsdiq olunub. Məlum olub ki, təmiz Android ilə çalışan Xiaomi Mi A2 modeli nəinki Mi 6X-dən geri qalmır, hətta onu üstələyir. Smartfonun AnTuTu test nəticələrini internetə PimpiTronic YouTube kanalının ispaniyalı videobloqqer müəllifləri yayıblar. Qeyd etmək lazımdır ki, məhz onlar bu smartfonun ilk görünüşünü təqdim etmişdilər.
Təqdim olunmuş fotodan da görmək olar ki, Xiaomi Mi A2 AnTuTu testi nəticəsində 134.292 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi 6X həmin testdə 133.086 xal yığmışdır. Məlumata əsasən Xiaomi Mi A2 18:9 nisbətli 5.99 inç ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, 4/6 GB RAM, 32/64/128 GB daxili yaddaş, 12 MP + 20 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 3010 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək