main-post-cover

    Təqdimat yaxın günlərdə: OnePlus şirkəti Band adlı ilk fitnes qolbağını anons edib

    Elm & Texnologiya
    05.01.2021
    Emil Nəcəfov
        Artıq yaxın günlərdə OnePlus şirkəti özünün ilk fitnes qolbağını təqdim edəcək. Belə ki, şirkət Band adlı fitnes qolbağı anons edib. Bununla yanaşı internetdə sözügedən cihazın bir sıra fotoları və məlumatları ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən OnePlus Band qolbağı 11 yanvar tarixində təqdim olunacaq. Qolbağın 1.1 düym AMOLED ekran, ürək döyüntülərinin təyin edilməsi və qanda oksigen miqdarının ölçülməsi texnologiyaları ilə təchiz olunacağı gözlənilir.
        Bundan əlavə olaraq OnePlus Band vasitəsilə istifadəçi öz yuxu prosesinin monitorinqini edə biləcək. Qolbaq həmçinin 13 növ idman rejimini dəstəkləyəcək. OnePlus Band IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq və bir dəfə şarj olunandan sonra 14 gün ərzində çalışa biləcək. Ortaya çıxmış fotolardan da görmək olar ki, OnePlus Band qolbağı xarici görünüşcə digər istehsalçıların fitnes qolbaqlarına bənzəyəcək. Belə ki, OnePlus Band də kapsul formalı dizayn əldə edəcək və dəyişdirilə bilən kəmərlərə sahib olacaq. İnsayderlərin məlumatlarına əsasən qolbağın qiyməti 34$ təşkil edəcək.
    Linki kopyala