Təqdimata artıq çox yaxın: Galaxy S10 Lite sertifikatlaşdırmadan keçdi
Elm & Texnologiya
21.11.2019
Farid Pardashunas
ABŞ-ın FCC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında büdcəli Galaxy S10 Lite smartfonu aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Agentliyin məlumatlar bazasındakı sənədlər təəssüflər olsun ki, smartfonun texniki özəllikləri barəsində məlumatları özündə əks etdirmirlər. Lakin həmin sənədlər smartfonun adını və model nömrəsini təsdiqləyiblər. Smartfonun FCC agentliyində sertifikatlaşdırmadan keçməsi isə o deməkdir ki, onun təqdimatına çox az qalıb.
Çox güman ki, Galaxy S10 Lite modelinin təqdimatı bu il baş tutacaq. Son məlumat sızıntılarına əsasən smartfon Galaxy A91-in kopyası olacaq. Məlumata əsasən Galaxy S10 Lite modeli Full HD+ keyfiyyətli 6.7 düy AMOLED ekran, Snapdragon 855 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 12 MP + 5 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ