
Təqdimata az müddət qalmış Lenovo Legion Y700 planşetinin real fotoları təqdim edilib
Elm & Texnologiya
20.07.2023
Emil
Lenovo Legion Y700 adlı gaming planşetinin təqdimatına az müddət qalmış onun real fotoları internetdə ortaya çıxıb. Ortaya çıxmış real fotolardan da görmək olar ki, planşetin arxa panelində düzbucaqlı formasında kamera sahəsi mövcuddur. Kamera sahəsi özündə iki ədəd kameranı və LED işıqlandırmanı birləşdirir. Bununla yanaşı planşetin nazik olduğu hiss edilir. Planşet həmçinin özündə iki ədəd USB-C girişini birləşdirir.
Lenovo Legion Y700-ün texniki göstəriciləri barəsində məlumat olmasa da, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 8.8 düym IPS ekran, Snapdragon 8+ Gen 1 prosessoru, 16 GB RAM, 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 6550 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Lenovo Legion Y700 gaming planşeti 22 iyul tarixində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər