main-post-cover

    Təqdimata hazırlaşan Galaxy M31-in texniki özəllikləri barəsində məlumat verildi

    Elm & Texnologiya
    12.02.2020
    Farid Pardashunas
        Təqdimata hazırlaşan Galaxy M31 smartfon modelinin texniki özəllikləri internetdə ortaya çıxdı. Onun barəsində məlumatları Hindstanın PriceBaba adlı saytı verib. Beləliklə verilmiş məlumata əsasən Galaxy M31 smartfon modeli f/2.0 diafraqmalı 32 MP-lik ön kameraya sahib olacaq. Bununla yanaşı smartfon həmçinin dördlü arxa kamera ilə də təchiz olunacaq: 64 MP + 8 MP + 5 MP + 5 MP.
        Məlumata əsasən Galaxy M31 modeli iki versiyada satışa çıxacaq. 6/8 GB RAM-a və 64/128 GB-a sahib olan versiyalar. Smartfon Exynos 9611 prosessoru əsasında çalışmalıdır. Qeyd etmək lazımdır ki, Galaxy A51 smartfonu da məhz bu prosessor ilə təchiz ounur. Bununla yanaşı bəzi məlumat sızıntılarında qeyd olunur ki, Galaxy M31 modeli 6000 mAh enerji tutumlu batareyaya da sahib olacaq. Qeyd emtək lazımdır ki, Galaxy M31 smartfonu 25 fevral tarixində Hindistanda təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər