main-post-cover

    Təqdimata sayılı saatlar qala, yeni iPhone'ların adları şirkətin rəsmi saytında aşkar edildi

    Elm & Texnologiya
    12.09.2018
    Farid Pardashunas
        Apple şirkətinin bugünki əsas təqdimatına sayılı saatlar qalıb və şirkət öz rəsmi saytını təqdim edəcəyi yeni məhsullar üzrə dizayn edir. Bir sıra tərtibatçılar Apple.com saytının XML faylında iPhone XS, XS MaxXr adlarını aşkar ediblər. Bu adlar təqdim olunacaq iPhone modelləri və onların alışı ilə bağlıdır. Görünür, iPhone XS PlusiPhone XC ad versiyaları öz aktuallığını itirdilər. Sözügedən fayl saytdan tez bir zamanda götürülsə də onların şəkillərini çəkmək mümkün olub. Qeyd etmək lazımdır ki, şirkət əsasən öz məhsulları barəsində məlumatları təqdimata kimi gizli saxlayır. Lakin bu dəfə məlumat sızıntısı həddindən çox oldu.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər