
Təqdimatdan 1 gün qabaq Redmi K30 Pro barəsində yeni məlumatlar verildi
Elm & Texnologiya
23.03.2020
Emil
Redmi K30 Pro flaqman smartfon modelinin təqdimatı artıq sabah baş tutacaq. İndi isə Redmi brendi bu smartfon barəsində yeni məlumatları verib. Bu dəfə smartfonun sahib olacağı yeni Bluetooth texnologiyası və təkmilləşdirilmiş gecə çəkilişi barəsində məlumat verilib. Bu barədə Mysmartprice saytı xəbər verib. Beləliklə şirkətin verdiyi məlumata əsasən Redmi K30 Pro smartfonu Super Bluetooth texnologiyasına sahib olacaq.

Bu texnologiya sayəsində smartfon Bluetooth 5.1 protokolu vasitəsilə 400 metr məsafədə olan cihazlara qoşula biləcək. Bununla yanaşı smartfon yaxşı işıqlandırılmamış mühitdə çəkiliş üçün nəzərdə tutulmuş Super Night Scene 2.0 adlı yenilənmiş gecə çəkilişi rejmini əldə edəcək. Bu rejimin aktivləşdirilməsi halında müxtəlif ekspozisiyalardan olan kadrların bir böyük kadrda birləşdirilməsi sayəsində smartfon hətta gecə vaxtı da yüksək keyfiyyətli HDR fotolar çəkə biləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
